Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:31

«Zorakı hücumların məqsədi açıq-aydın tənqid səslərini susdurmaqdır»


«Eynulla Fətullayevin böhtan və təhqirə görə həbsi Azərbaycanda media azadlığının getdikcə pisləşdiyini göstərir»

«Eynulla Fətullayevin böhtan və təhqirə görə həbsi Azərbaycanda media azadlığının getdikcə pisləşdiyini göstərir»

«Eynulla Fətullayevin böhtan və təhqirə görə həbsi Azərbaycanda media azadlığının getdikcə pisləşdiyini göstərir». «Human Rights Watch» beynəlxalq insan haqları təşkilatının aprelin 27-də yaydığı bəyanatda belə deyilir.


«Fətullayevin həbsi siyasi motivlidir, o dərhal azadlığa buraxılmalıdır. Azərbaycanda tənqidçi jurnalistlərə qarşı siyasi motivli məhkəmə iddialarının artması, zorakı hücumların məqsədi açıq-aydın tənqidi səsləri susdurmaqdır». Bunu «Human Rights Watch»un Avropa və Orta Asiya üzrə direktoru Holi Kartner deyir.


«Gündəlik Azərbaycan» və «Realny Azerbayjan» qəzetlərinin baş redaktoru və təsisçisi Eynulla Fətullayevə məhkəmə 2 il yarım iş kəsib. O, Xocalı sakinlərini və Azərbaycan ordusunu təhqir etməkdə ittiham olunur.


Məhkəmə qərar verən gün «Realny Azerbayjan»ın başqa bir əməkdaşı Üzeyir Cəfərova naməlum şəxslər hücum ediblər. O başından ciddi zədələr alıb.


«Human Rights Watch» fevralın 9-da Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərmişdi. Məktubda Azərbaycanda jurnalistlərə qarşı saysız zorakılıq və məhkəmə iddiaları sadalanırdı. Məktubda təzyiqə məruz qalan jurnalistlər arasında Eynulla Fətullayevin də adı vardı.


Holi Kartner deyir ki, BMT-nin İnsan Haqları Şurasının üzvü olaraq Azərbaycan söz azadlığı kimi əsas insan haqlarının qorunmasında nümunə göstərməlidir. «Əgər mediaya bu cür təzyiqlər davam etsə, gələn il Azərbaycanda azad və ədalətli prezident seçkisi keçirmək mümkün olmayacaq».


Günün bütün mövzuları

XS
SM
MD
LG