Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:08

Cənubi Koreyadan Azərbaycana müxtəlif səviyyələrdə nümayəndə heyətləri gələcək


Yaxın vaxtlarda neft və qeyri-neft sektoru, gəmiqayırma, limanların abadlaşdırılması, xüsusilə yüksək texnologiyalı rabitə sistemlərilə bağlı əməkdaşlıq üsün Cənubi Koreyadan Azərbaycana müxtəlif səviyyələrdə nümayəndə heyətləri gələcək.


Bunu prezidentin Mətbuat Xidmətinin rəhbəri Azər Qasımov aprelin 26-da keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, dövlət başçısının Cənubi Koreyaya bu günlərdəki səfəri çox məhsuldar olub. Tərəflər siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi baxımından mühüm razılaşma əldə ediblər.


Prezidentlərin birgə bəyannaməsində isə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normalarının vacibliyi öz əksini tapıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG