Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:23

Britaniya səfiri hesab edir ki, jurnalistlərin həbsi azad və güclü cəmiyyət yaradılmasına imkan vermir


Azad, güclü və professional mətbuatın yaradılması Azərbaycanın üzləşdiyi ən mühüm məsələlərdən biridir. «Turan»ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Lori Bristou BBC-Monitorinqin Qafqaz şöbəsinin yeni ofisinin açılışında çıxış edərkən bəyan edib.
Onun sözlərinə görə, mətbuat da öz növbəsində qanun və yüksək professionallıq çərçivəsində fəaliyyət göstərməlidir. Eyni zamanda, səfir hakimiyyətin, hətta məqalələri məmurların istəklərini təmin etməsə belə, jurnalistlərin fəaliyyəti üçün şərait yaratmaq məsuliyyətini xatırladıb. «İnanmıram ki, jurnalistlərin hətta qaba davranışa görə həbsi Azərbaycan dövlətinin möhkəmlənməsinə şərait yaradacaq», - deyə Bristou bildirib.
O, Britaniya səfirliyinin mətbuat və hakimiyyətlə azad, güclü və professional mətbuat yaradılması məqsədilə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib: «Jurnalistlərin fəaliyyəti daima təhlükələrlə doludur, hərdən isə bu, faciəvi nəticələr verir. Bizim azadlığımız bu insanların həyatı bahasına qazanılır».


Günün bütün mövzuları

XS
SM
MD
LG