Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:31

Ukraynada erkən parlament seçkiləri təxirə salındı


Ukrayna prezidenti erkən parlament seçkilərini iyunun 24-nə kimi təxirə salıb. Bu haqda Viktor Yuşşenko dövlət televiziyası ilə çıxışında bəyan edib. İlkin qərara görə, seçki mayın 27-də olmalıydı. Prezident bildirib ki, bu qərarı seçkilərin mümkün qədər tez baş tutması və Ukraynanın problemlərinin demokratik yolla həll edilməsi üçün verib.


Viktor Yuşşenkonun parlamenti buraxmaq və təzə seçki keçirmək qərarı Ukraynada siyasi qarşıdurmaya səbəb olub. Prezidentin rəqibi, baş nazir Viktor Yanukoviçin tərəfdarları hesab edirlər ki, bu qərar konstitusiyaya ziddir.


Ukrayna prezidenti növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda qərarı aprelin 2-də verib.


XS
SM
MD
LG