Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:34

İTV-nin Rövşən Hacıbəyliyə qarşı iddiası üzrə məhkəmə təxirə salınıb


Aprelin 26-da Binəqədi Rayon Məhkəməsində İctimai Televiziyanın (İTV) «Azadlıq» qəzetinin redaktoru Rövşən Hacıbəyliyə qarşı iddiası üzrə məhkəmə prosesi təxirə salınıb. «İTV mətbuat aynasında» məqalələr toplusunda bu televiziyanın nüfuzuna xələl gətirən ifadələrin işlədilməsini müəyyənləşdirmək üçün məhkəməyə mütəxəssisin dəvət olunması qərara alınıb. Proses aprelin 30-da davam etdiriləcək.


İTV Rövşən Hacıbəylinin redaktorluğu ilə çapdan çıxan «İTV mətbuat aynasında» toplusunun qərəzli, şirkətin işgüzar nüfuzunu ləkələyən nəşr sayılması, tirajın kütləvi satışdan və istifadədən yığılaraq məhv edilməsi və yenidən yayılmasının qadağan olunması tələbi ilə iddia qaldırıb. İddiada həmçinin Hacıbəylinin televiziya kollektivindən üzr istəməsi də tələb edilir.


Rövşən Hacıbəyli isə tələbi qanunsuz sayır və bildirir ki, o, özü İTV-yə qarşı bir neçə məhkəmə iddiası qaldırıb. Televiziyanın iddiasında məqsəd onu həmin iddialardan çəkindirməkdir.


XS
SM
MD
LG