Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:05

Gürcüstanda hər 1000 nəfərə 90 avtomobil düşür


Gürcüstanda yüngül avtomobillərin böyük əksəriyyətinin yaşı 15-dən yuxarıdır

Gürcüstanda yüngül avtomobillərin böyük əksəriyyətinin yaşı 15-dən yuxarıdır

Hazırda Gürcüstanda hər 1000 nəfərə 90 avtomobil düşür. Bunu jurnalistlərə ölkənin İqtisadi İnkişaf naziri Giorgi Arveladze deyib. 2003-cü ildə isə bu rəqəm 60-ı ötmürdü.


Nazir hesab edir ki, ölkədə yüngül avtomobil nəqliyyatının artım dinamikası Gürcüstan iqtisadiyyatının inkişafından və əhalinin rifahının yaxşılaşmasından xəbər verir.


Müvafiq olaraq, yanacağa tələbat artıb: son üç ildə yanacağa olan tələbat 77%, benzindoldurma stansiyalarının sayı isə 12% artıb.


Gürcüstanda yüngül avtomobillərin böyük əksəriyyəti olduqca köhnədir-yaşı 15 və daha yuxarıdır.


Gürcüstan parlamentinin bəzi deputatları işlənmiş avtomobillərin idxalını məhdudlaşdıran qanunun qəbulunda israr edirlər. Parlamentarilərin fikrincə, onlara gömrük rüsumları yeni avtomobillərə qoyulan rüsumlardan yuxarı olmalıdır. «Biz bu metal qırıntılarından azad olmalıyıq»,-deyə deputat Beso Cuqeli bildirib.


Yüngül avtomobillərin sahibləri, xüsusi taksi sürücüləri deyirlər ki, müvafiq qanun qəbul olunsa, Gürcüstanın, o cümlədən Tbilisinin yolları boşalacaq, taksi xidmətinin qiyməti 2-3 dəfə bahalaşacaq və çoxlu sayda adam işsiz qalacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG