Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:23

Prezident Putin parlamentdə son çıxışını etdi


Putin «siyasi vəsiyyət» etmək üçün hələ vaxtın yetişmədiyini bildirib

Putin «siyasi vəsiyyət» etmək üçün hələ vaxtın yetişmədiyini bildirib

Rusiya prezidenti Vladimir Putin aprelin 26-da Federal Məclis - parlamentin hər iki palatası qarşısında illik müraciətlə çıxış edib.


O, təsdiq edib ki, dövlət başçısı kimi bu onun sonuncu müraciətidir. 2008-ci ildə ölkəyə yeni şəxs liderlik edəcək, amma o, bildirib ki, «siyasi vəsiyyət» etməyin hələ vaxtı yetişməyib.


Putin Rusiya müxalifəti, həmçinin adını çəkmədiyi xarici ölkələr haqqında kəskin fikirlər söyləyib. Onun fikrincə, bəzi xarici qüvvələr ölkədə demokratiyanın vəziyyətini bəhanə gətirərək, fəal surətdə Rusiyanın daxili işlərinə qarışmağa çalışırlar.


Xarici siyasət məsələlərinə toxunan prezident «Rusiyanın özünü təkəbbürlə aparmadığını, sadəcə iqtisadi maraqlarını müdafiə etdiyini» vurğulayıb. Putin «Avropada Adi Silahlar haqqında» sazişin şərtlərinin yerinə yetirilməsinə moratorium qoymağı təklif edib. Deyib ki, saziş əvvəlcə NATO-ya üzv bütün ölkələr tərəfindən ratifikasiya olunmalıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG