Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:26

«Jurnalist yazısına görə, həbsxanada cəza çəkməməlidir»


Piter Semnebi «Diffomasiya haqqında qanun» qəbul olunmasını vacib sayır

Piter Semnebi «Diffomasiya haqqında qanun» qəbul olunmasını vacib sayır

Avropa Birliyinin rəsmisi böhtanla bağlı maddəni Cinayət Məcəlləsindən çıxarmağa çağırır. Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi aprelin 26-da jurnalistlərə açıqlamasında bu haqda bildirib. Onun fikrincə, əgər problem yaranarsa, bu mülki qayda da nizamlanmalıdır. «Jurnalist yazısına görə, həbsxanada cinayətkarlarla birlikdə cəza çəkməməlidir». Xüsusi nümayəndə deyir ki, belə halların qarşısını almaq üçün «Diffomasiya haqqında qanun» qəbul olunmalıdır.


Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənov isə deyib ki, Azərbaycanda həbs olunan jurnalistlər sonda onsuz da əfv olunurlar. «Amma jurnalistlər də öz yazılarında məsuliyyətli olmalıdırlar». Şöbə müdiri jurnalistlərin fiziki təzyiqlərə məruz qalamasını pislədiyini və bunun yaxşı hal olmadığını deyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG