Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:05

Artur Lenk: «Azərbaycanla İsrail starteji müttəfiqdir»


Azərbaycanla İsrail strateji müttəfiqdir. Bunu aprelin 25-də İsrailin Azərbaycandakı səfiri Artur Lenk bu ölkənin dövlət müstəqilliyi qazanmasının 59-cu ildönümünə həsr olunmuş tədbirdə deyib. Onun sözlərinə görə, hər iki ölkə terrorizmə məruz qalıb.


Cənab Lenk bildirib ki, ötən il İsraildən Azərbaycana idxal olunan məhsulların səviyyəsi dörd dəfə artıb: «Biz isəyirik ki, bu temp ildən-ilə daha da yüksəlsin».


Artur Lenk deyib ki, gələn ay İsraildən Azərbaycana 11 telekommunikasiya şirkəti gələcək. Onun sözlərinə görə, şirkətlər Azərbaycandakı oxşar müəssisələrlə müştərək forum keçirəcəklər.


«Azərbaycanlılar İsraildə, israillilər isə Azərbaycanda özlərini vətənlərindəki kimi hiss edirlər», - deyə İsrail səfiri vurğulayıb.


XS
SM
MD
LG