Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:02

İTV-nin büdcəsinin artırılması üçün prezidentə müraciət olunub


İTV-nin baş direktoru İsmayıl Ömərov, 25 aprel 2007
İTV-nin baş direktoru İsmayıl Ömərov, 25 aprel 2007

«2007-ci ilin dövlət büdcəsində İctimai Televiziyaya vəsaitin az nəzərdə tutulması düzgün qərar olmadı». Bu fikri İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov rəhbərlik etdiyi qurumun 2 illik fəaliyyəti haqqında jurnalistlər qarşısında hesabat verərkən bildirib.


Baş direktor deyir ki, büdcənin azaldılması böyük həcmdə avadanlıqların alınmasına mane olub. Amma, işçilərin əmək haqqı azalmayıb, əksinə artıb.


Cənab Ömərovun sözlərinə görə, İctimai Televiziyanın bütün problemləri prezident İlham Əliyev tərəfindən həll olunur. Buna görə də, baş direktor büdcə ilə bağlı prezidentə müraciət edib. O, ümid etdiyini bildirib ki, dövlət başçısı məmurların qüsurunu aradan qaldıracaq.


Hesablama Palatasının qurumda apardığı yoxlamalarla bağlı «Azadlıq» radiosunun sualını cavablandıran İsmayıl Ömərov deyib ki, yoxlamalar nəticəsində maliyyə sahəsində heç bir pozuntu aşkarlanmayıb.


Cənab Ömərov bildirib ki, hazırda İTV-nin quruculuq dövrüdür. Bundan ötrü texniki və yaradıcılıq imkanları var. Şirkət Cənubi Qafqazda ən böyük studiyaya malikdir.


İsmayıl Ömərov deyir ki, hazırda şirkətin 400-ə yaxın işçisi var. Müxtəlif səpkili verilişlərin hazırlanması ilə yanaşı, indiyə qədər 31 bədii, 120 sənədli film, 6 teleserial və 9 cizgi filmi dublyaj edilib.


2005-2007-ci illərdə İTV-yə 16.1 milyon manat vəsait ayrılıb. Bunun 8 milyona qədəri texniki avadanlıqların alınmasına sərf edilib.


İctimai Televiziya və Radio Yayımları Şirkətinin açılış mərasimi 2005-ci ilin avqustun 29-da olub.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG