Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:04

İtaliya Venera heykəlini Liviyaya qaytaracaq


Romada Milli Muzeydə saxlanan Venera heykəli Liviyaya qaytarılacaq. Heykəl Liviyadan XX əsrin əvvəlində İtaliya işğalı dövründə çıxarılıb.


İtaliyanın Liviya ərazisində tapılan qədim Roma abidəsinə tarixi haqları yoxdur və heykəl İtaliyanın mədəni irsinin hissəsi sayıla bilməz.


2002-ci ildə İtaliyanın həmin vaxt Baş naziri olmuş Silvio Berluskoni ikitərəfli münasibətləri qaydaya salmaq üçün Liviya lideri Müəmmər Qəzzafiyə Veneranı qaytarmağı vəd edib. Amma «Bizim İtaliya» ictimai təşkilatı Berluskoninin qərarını məhkəmə yoluyla dayandırıb.


Beş il bu mübahisə məhkəmə istintaqının predmeti olub.


İtaliya birinci dəfə deyil ki, qədim abidələri digər ölkələrə qaytarır. 2002-ci ildə Efiopiyaya «Aksum obeliski» qayıdıb. Benito Mussolininin Afrikadan çıxardığı bu daş abidə 1937-ci ildən Roma meydanlarından birinə qoyulmuşdu.


Günün bütün mövzuları

XS
SM
MD
LG