Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:26

Mikael Arutunyan Ermənistanın Müdafiə naziri təyin olunub


Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Mikael Arutunyan Müdafiə naziri təyin olunub. Arutunyan aprelin 5-dən nazir səlahiyyətlərini icra edirdi. Serj Sarkisyan aprelin 4-də Baş naziri təyin olunandan sonra nazir postu boş qalmışdı.


General-polkovnik Mikael Arutunyan 1946-cı il fevralın 10-da Azərbaycanın Şamaxı rayonunun Saqiyan kəndində anadan olub. 1967-ci ildə Bakıdakı Ali Ümumqoşun Komandirlər Hərbi Məktəbini, 1976-cı ildə Frunze adına Hərbi Akademiyanı, 1988-ci ildə isə SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.


1994-cü ilin sentyabrından Ermənistan ordusunun Baş Qərargahının rəisi, Müdafiə nazirinin birinci müavini idi.


Günün bütün mövzuları

XS
SM
MD
LG