Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:08

Samir Sədaqətoğlu, Rafiq Tağı və onların vəkili yenidən hədələnib


Proses mayın 4-də davam edəcək

Proses mayın 4-də davam edəcək

Aprelin 25-də Sabail Rayon Məhkəməsində «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun və bu nəşrin yazarı Rafiq Tağının məhkəməsi yenə qalmaqalsız ötüşməyib. Məhkəmə zalında olan bir qrup insan həm Samir Sədaqətoğlu və Rafiq Tağını, həm də onların vəkili İsaxan Aşurovu təhqir ediblər. Həmin adamlar təqsirləndirilənlərə bildiriblər ki, əgər azadlığa çıxsalar belə, onları cəzasız qoymayacaqlar.


Vəkil İsaxan Aşurov isə onlara edilən hədələrlə bağlı bildirib ki, artıq belə hallar Azərbaycan məhkəmələrində ənənə halını almaqdadır. Aşurov deyib ki, onlar bu hədələrlə bağlı məhkəmə və prokurorluğa müraciət etmək niyyətindədirlər.


Prosesdə söz alan Samir Sədaqətoğlu deyib ki, onun Rafiq Tağının «Avropa və biz» məqaləsinin məzmunundan xəbəri olmayıb. Həmin yazı dərc olunarkən rayonda olub. İndi həmin məqalədə gedən fikirlərə görə, bir daha üzr istəyir.


Rafiq Tağı da bundan əvvəlki məhkəmə proseslərində həmin məqaləyə görə, Azərbaycandakı müsəlmanlardan üzr istəmişdi. İndi isə o, bəzi fikirləri düzgün ifadə etmədiyini etiraf edib.


Samir Sədaqətoğlu və Rafiq Tağı Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə - yəni irqi, milli və dini ədavəti qızışdırmaqda ittiham edilirlər. «Avropa və biz» məqaləsində islam dini və Məhəmməd peyğəmbər haqqında bəzi təhqiredici fikirlərin səsləndiyi iddia edilir. Onlar ötən ilin noyabrında həbs ediliblər. Proses mayın 4-də davam edəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG