Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:30

Fərhad Əliyevin vəkilləri məhkəməyə müraciət edib


Vəkilləri sabiq nazirin təcridxanada uzun müddət saxlanmasının səbəblərini öyrənmək istəyir

Vəkilləri sabiq nazirin təcridxanada uzun müddət saxlanmasının səbəblərini öyrənmək istəyir

Aprelin 24-də Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin qanunsuz həbsdə saxlanması iddiası ilə onun vəkilləri Nəsimi Rayon Məhkəməsinə müraciət ediblər. Bu barədə «Azadlıq» radiosuna məlumat verən vəkil Ramiz Məmmədov deyir ki, artıq Fərhad Əliyevin həbsindən 1 il 6 ay keçib. Azərbaycan qanunvericiliyinə görə isə istintaqın maksimum müddəti məhz 1 il 6 aydır: «Belə bir şəraitdə təcridxana onu buraxmalıdır. Yaxud da prokurorluq onun azadlıq hüququnun bərpası ilə bağlı addımlar atmalıdır».
Bu il yanvarın 5-də Fərhad Əliyevin cinayət işindən dövlət çevrilişinə cəhdlə bağlı ittiham ayrılıb. Bu ittihamın taleyi ilə bağlı vəkillər hər hansı bilgiyə malik deyirlər. İqtisadi cinayətlərlə bağlı ittiham isə artıq Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə təqdim edilib. Vəkillər qeyd edirlər ki, Fərhad Əliyevin təqsirli bilindiyi iqtisadi cinayətlərlə bağlı istintaqın maksimum müddəti cəmi 1 ildir. Onlar Nəsimi Rayon Məhkəməsində keçmiş nazirin həbsdə məhkəməyə qədər belə uzun müddətə saxlanmasının səbəblərini aydınlaşdırmaq istəyirlər. Respublika Prokurorluğundan isə bu məsələyə şərh vermək istəmirlər.


Fərhad Əliyev və bir sıra yüksək vəzifəli şəxslər 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG