Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:48

«Jurnalistlərin məhkəməyə verilməsinə görə, Azərbaycan Rekordlar kitabının çempionudur»


ATƏT-in Mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraştinin ölkəyə səfəri davam edir
ATƏT-in Mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraştinin ölkəyə səfəri davam edir

«Hazırda jurnalistlərin həbsdə olmasından çox ciddi narahatlığım var. Eynulla Fətullayev həbs olundu, onun qəzetinin əməkdaşı Üzeyir Cəfərovun döyülməsini də eyni prosesin bir hissəsi kimi görürəm». ATƏT-in Mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti son vaxtlar medianın vəziyyətinə münasibət bildirərkən belə deyib.


O, bildirib ki, hökumətin xoşuna gəlməyən redaktorlar əleyhinə məhkəmə prosesləri, jurnalistlərə qarşı zorakılıqlar həmişə baş verir. «Məhkəməyə verilən jurnalistlərin sayı artmaqdadır. Təkcə apreldə jurnalistlərə qarşı 11 yeni cinayət işi açılıb. Bu da təəssüfedici haldır. Çünki bu, indi və gələcəkdə demək olar ki, yeni qurbanlar vəd edir».


Cənab Haraşti deyir ki, Azərbaycanda rəsmlər, o cümlədən də Daxili İşlər Nazirliyi jurnalistlərə qarşı məhkəmə iddialarına görə, Ginnesin Rekordlar kitabının çempionudurlar.


ATƏT rəsmisi belə vəziyyətdən çıxış yolu kimi «Diffomasiya haqqında» qanunun qəbulunu görür. «Böhtanla bağlı iddialar Cinayət Məcəlləsindən çıxarılıb mülki hüquq müstəvisinə keçirilməlidir. Hətta, mülki hüquq müstəvisində də cərimələrin məbləği çox yüksək olmamalıdır. Əks halda cərimələr mətbuatı öldürə bilər. Mən ümid edirəm ki, Cinayət Məcəlləsində bu istiqamətdə islahatlar aparılacaq».


ATƏT rəsmisi ölkədə azad mətbuatın vəziyyətini dövlət rəsmiləri ilə də müzakirə edəcək. O, həmçinin aprelin 26-sı və 27-də İslam Konfransı Təşkilatının «Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu» mövzusunda beynəlxalq konfransda iştirak edəcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG