Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:13

Azərbaycan RTR-in süjeti ilə bağlı Rusiya səfirinə nota təqdim edib


Aprelin 24-də Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vasili İstratov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN rəsmisi Xəzər İbrahim bildirib ki, diplomatı qəbul edən nazir müavini Araz Əzimov Rusiyanın dövlət kanalı olan RTR-də aprelin 22-də «Vesti» xəbərlər buraxılışda efirə gedən Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan reportaja etirazını bildirib.


Dağlıq Qarabağdan bəhs edən materialda həmçinin Naxçıvan Muxtar Respublikasının da Azərbaycanın tarixi ərazisi olmasını şübhə altına ifadələr yer alıb.


Azərbaycan XİN-in rusiyalı diplomata təqdim etdiyi notada göstərilir ki, sözügedən süjet Rusiya Federasiyasının rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Cənab Əzimov əmin olduğunu bildirib ki, dövlət kanalı olan RTR gələcəkdə separatizmi təbliğ edən süjetlər verməyəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG