Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:01

Abdulla Gül prezidentliyə namizəd olacaq


Türkiyənin Xarici İşlər naziri Abdulla Gül hakim Ədalət və İnkişaf Partiyasından Türkiyə prezidentliyinə namizəd olacaq. Bu haqda Baş nazir Rəcəb Tayyip Ərdoğan məlumat verib.

Ərdoğan və Gülün partiyası parlamentdə çoxluğa malikdir. Aprelin 27-dən başlayaraq parlament dörd raund səsvermədə prezidenti seçməlidir.


Son vaxtlar Ərdoğanın özünün namizədliyini irəli sürüb- sürməyəcəyi müzakirə olunurdu. Ölkədə dünyəvi hakimiyyət sistemi tərəfdarlarının və Baş nazirin islamçılarla əvvəlki əlaqələrindən narazı olanların kütləvi aksiyaları keçirilib.


XS
SM
MD
LG