Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:51

Jurnalistlər İçərişəhərdə aksiya keçiriblər


Jurnalistlərin piketi- 24 aprel 2007
Jurnalistlərin piketi- 24 aprel 2007

Aprelin 24-də bir qrup jurnalist Bakı şəhərində etiraz aksiyası keçirib. Ancaq piket əvvəlcədən elan edildiyi kimi Sabir bağında deyil, İçərişəhərdə yerləşən «Bakı-Xəbər» qəzetinin ofisinin qarşısında baş tutub. İcazəsiz aksiyanın təşkilatçıları ilə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidli arasında aparılan danışıqlar zamanı piketin, qətnamənin oxunması ilə yekunlaşması haqda razılıq əldə edilib.


Aksiyada çıxış edən «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirib ki, son zamanlar media təmsilçilərinə qarşı təzyiqlər güclənib. Buna görə də, onlar küçələrə çıxmaq məcburiyyətində qalıblar.


Piketin qətnaməsini oxuyan «Gündəlik Azərbaycan» qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu aksiyanın tələblərini səsləndirib. Bu tələblərə «Diffamasiya haqqında» qanunun qəbul edilməsi, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərinin tapılması və cəzalandırılması, Eynulla Fətullayev və həbs olunan digər jurnalistlərin azadlığa buraxılması və s. aiddir.


Aksiya zamanı hər hansı xüsusi zorakılıq və polis tərəfindən saxlanma halları olmayıb.







AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG