Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:18

«Google» dünyada ən bahalı brenddir


«Google» brendi «Milward Brown» şirkətinin tərtib etdiyi reytinqdə birinci yeri tutub. «Google» birinci yerdən «Microsoft»u sıxışdırıb. «Google» brendinin dəyəri bir il ərzində 77 faiz artaraq, 66,43 milyard dollar təşkil edib.

Bir il əvvəl «Google» bu reytinqdə yalnız 7-ci yeri tuturdu.


İkinci yerdə Amerikanın «General Electrics» şirkətinin brendidir. Onun dəyəri 61,88 milyard dollardır. Üçüncü yerdə «Microsoft»dur (56,9 milyard).


Qeyri-Amerika şirkətləri arasında beşinci yerdə duran Çinin «China Mobile» şirkəti liderlik edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG