Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:11

Əhmədinejad deyir ki, Corc Buşla danışıqlara hazırdır


İran prezidenti Mahmud Əhmədinejad ABŞ prezidenti Corc Buşla danışıqlara hazır olduğunu bəyan edib.

İranın «əl-Aləm» telekanalının məlumatına görə, Əhmədinejad deyib ki, Buşla həm ikitərəfli münasibətlər məsələlərini, həm də beynəlxalq problemləri müzakirə etməyə hazırdır. Eyni zamanda, İran prezidenti qeyd edib ki, danışıqları açıq rejimdə, KİV nümayəndələrinin iştirakı ilə aparmaq istərdi.


Ağ Evin nümayəndəsi Qordon Condro cavab olaraq deyib ki, Vaşinqton Tehranla danışıqların əleyhinə deyil, bir şərtlə ki, sonuncu dünya birliyinin zənginləşdirilmiş uranın istehsalını dayandırmaq tələbini yerinə yetirsin.


Condron Əhmədinejadın Buşla görüş təklifini «media-tamaşa» adlandırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG