Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:11

Ali Məhkəmə Apellyasiya Məhkəməsinin Mirzə Sakit haqqında çıxartdığı qərarı qüvvədə saxlayıb


Aprelin 24-ü Ali Məhkəmə Apellyasiya Məhkəməsinin «Azadlıq» qəzetinin əməkdaşı, satirik şair Mirzə Sakit haqqında çıxartdığı qərarı qüvvədə saxlayıb.


Mirzə Sakit narkotik maddələrin istifadəsi ittihamı ilə 2006-cı ilin iyununda 3 il azadlıqdan məhrum edilib.


Jurnalistin vəkili Vuqar Xasayev Mirzə Sakitin sifarişlə həbs edildiyini və məhkəmənin də birtərəfli aparıldığını deyir. Onun sözlərinə görə, jurnalistin həbsinə səbəb əslində onun «Azadlıq» qəzetində dərc etdirdiyi satirik şerlər olub. Vuqar Xasıyev deyir ki, onlar Azərbaycanda artıq bütün məhkəmə instansiyalarını keçiblər və bundan sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər.


XS
SM
MD
LG