Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:16

Üzeyir Cəfərov döyülmə maddəsi ilə cinayət işinin açılmasından narazıdır


Üzeyir Cəfərov aprelin 20-də gecə saatlarında işdən evə gələrkən iki nəfərin hücumuna məruz qalıb

Üzeyir Cəfərov aprelin 20-də gecə saatlarında işdən evə gələrkən iki nəfərin hücumuna məruz qalıb

Aprelin 23-də Yasamal Rayon Polis İdarəsində «Gündəlik Azərbaycan» qəzetinin şöbə redaktoru Üzeyir Cəfərovun fiziki təzyiqə məruz qalması qalması ilə bağlı cinayət işi açılıb. Jurnalist araşdırmanın Cinayət Məcəlləsinin 132-ci, yəni döyülmə maddəsi ilə aparılmasından narazıdır. Üzeyir Cəfərov həyatına qəsd edildiyini bildirir. O, hesab edir ki, cinayət işi döyülməyə görə yox, həyata qəsd ittihamı ilə açılmalıydı.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyir ki, hələ istintaq gedir. «Əgər istintaqda basqınçıların Üzeyir Cəfərovu döymək yox, öldürmək istəmələri təsdiqlənərsə, maddə dəyişə də bilər».
Üzeyir Cəfərov aprelin 20-də gecə saatlarında işdən evə gələrkən iki nəfərin hücumuna məruz qalıb. Hadisə zamanı jurnalist başından 3 dərin yara alıb və hazırda xəstəxanadadır.


Günün bütün mövzuları

XS
SM
MD
LG