Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:35

Aprelin 26-da Bakıda İslam Konfransı Təşkilatı ilə birgə tədbir keçiriləcək


Aprelin 26-sı və 27-si Bakının Gülüstan sarayında «Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu» mövzusunda beynəlxalq konfrans keçiriləcək. Xarici İşlər Nazirliyinin rəsmisi Xəzər İbrahim deyir ki, İslam Konfransı Təşkilatı ilə birgə keçiriləcək tədbirdə 50 ölkə və 12 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edəcək. Tədbir iştirakçıları arasında İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu, ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti, BMT-nin söz və fikir azadlığı üzrə nümayəndəsi Ambeyi Liqabo da olacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG