Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:31

Həmsədrlər mayın sonlarında regiona səfər etməyi planlaşdırırlar


Həmsədrlər prezidentlərə öz xalqlarını sülhə hazırlamaq missiyasını bir daha xatırladırlar
Həmsədrlər prezidentlərə öz xalqlarını sülhə hazırlamaq missiyasını bir daha xatırladırlar

«Həmsədrlər prezidentlər arasında zirvə görüşünün təşkilini razılaşdırmaq üçün mayın sonlarında regiona səfər etməyi planlaşdırırlar».


Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupu həmsədrləri - Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya) və Mətyu Brayzanın (ABŞ) Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Vartan Oskanyan və Elmar Məmmədyarovun aprelin 18-də keçirilən görüşünə dair yaydığı və bu gün açıqlanan bəyanatında belə deyilir.


Həmsədrlərin qənaətincə, bu sammit baza prinsiplərinə dair danışıqlara son nöqtə qoya bilər: «Və bu prinsiplərə əsaslanan müfəssəl həll sazişinin inkişafı prosesinin başlanğıcı ola bilər».


Həmsədrlər hesab edirlər ki, onlar nazirlər arasında konstruktiv və uzaqgörən müzakirələrə kömək ediblər: «Nazirlər də danışıqların əsası kimi həmsədrlərin təklif etdiyi baza prinsiplərini rəhbər tutublar».


Həmsədrlər bildirirlər ki, XİN başçıları və onlar prosesi o həddə qədər yaxınlaşdırıblar ki, hər iki ölkənin prezidentləri – Robert Koçaryan və İlham Əliyev həll prinsiplərini qiymətləndirə bilsinlər.


Həmsədrlər Ermənistan və Azərbaycan liderlərinin öz xalqların sülhə hazırlamaq işində mühüm rolunu bir daha diqqətə çatdırırlar.


Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan və onun azərbaycanlı həmkarı Elmar Məmmədyarov aprelin 18-də ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin iştirakı ilə Belqradda danışıqlar aparıblar.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG