Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:00

Qırğızıstanda iki müxalifət nümayəndəsi saxlanıb


Bunlar İslahatlar Uğrunda Hərəkatın həmsədri Omurbek Abdrahmanov və Qırğızıstanın Layiqli Gələcəyi Uğrunda Birləşmiş Cəbhəsinin qərargahının rəhbəri Omurbek Suvanaliyevdir.


Buna qədər hər iki şəxs şahid qismində bir neçə saat Milli Təhlükəsizlik Komitəsində dindirilib.


Bu yaxınlarda Bişkekdə baş verən kütləvi çaxnaşmalarla bağlı cinayət işi qaldırılıb.


Prezidentin istefası və konstitusiya islahatları tələbi ilə müxalifətin etiraz aksiyaları aprelin 19-da milisin mitinqçilərlə toqquşması ilə nəticələnib. Bir neçə adam xəstəxanaya yerləşdirilib, yüzdən çox adam saxlanıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG