Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:32

Ukraynada erməni kilsəsi təhqir olunub


1992-ci ildən erməni diasporası məbədin inşası üçün vəsait toplayırdı

1992-ci ildən erməni diasporası məbədin inşası üçün vəsait toplayırdı

Ukraynanın Ermənistandakı səfirliyi aprelin 23-də Kiyevdə erməni kilsəsinin təhqir olunması ilə bağlı təəssüfünü bildirib.


Səfirlikdə hesab edirlər iki, bu vandalizm aktını törədənlər ümumi məzəmmətə və sərt cəzaya layiqdirlər. Ukrayna səfirliyi əmindir ki, Kiyevdə tikilmiş erməni məbədi Ukraynada yaşayan bütün ermənilər üçün Erməni Apostol Kilsəsinin əsl nümayəndəliyi olacaq. Bu, Ukrayna və erməni xalqları arasında çoxəsrlik dostluğun yaxşı ənənələrindən qaynaqlanır.


Aprelin 22-si səhər açılışı olan Kiyevdəki erməni kilsəsinin bir hissəsi axşam təhqir olunub, o cümlədən, onun qapıları və kandarının hər tərəfinə svastika şəkli çəkilib, qara boya tökülüb.


Yerli sakinlər dəfələrlə kilsənin inşasına qarşı etirazlarını bildiriblər, tikintini dayandırmaq tələbi ilə məhkəmə və yerli hakimiyyətə müraciət ediblər.


Erməni kilsəsinin inşası üçün Podolda torpaq sahəsini Kiyev hələ 1992-ci ildə ayırıb və o vaxtdan diaspora məbədin inşası üçün vəsait toplayırdı.


Tikintinin iki ildən sonra tamamlanması planlaşdırılır. Erməni yeparxiyası başçısının rezidensiyası Lvovdan bura köçürüləcək, həmçinin mədəni mərkəz açılacaq.


Hazırda erməni kilsələri Lvovda, Xarkovda, Odessada, Belqorod-Dnestrovskidə, Feodosiyada, Yaltada, Yevpatoriyada, Simferopolda, Dnepropetrovskda, Nikolayevdə, İzmaildə, Makeyevkada var. Kiyev ermənilərinin isə dörd kvadrat metrlik kiçik kilsəni nəzərə almasaq, indiyədək öz kilsələri olmayıb, erməni məbədinin köhnə fundamentində isə indi tamam başqa kilsə dayanır.


Ukraynada 500 min, Kiyevin özündə isə 50 min erməni yaşayır.


Günün bütün mövzuları

XS
SM
MD
LG