Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:10

ABŞ və Rusiyanın Müdafiə nazirləri Moskvada Raket Əleyhinə Müdafiə problemini müzakirə ediblər


Rusiyanın Müdafiə naziri Anatoli Serdyukov Avropada Amerikanın Raket Əleyhinə Müdafiə sistemi elementlərinin yerləşdirilməsini «sabitliyi pozan faktor» adlandırıb.

Serdyukov bunu Moskvada ABŞ-ın Müdafiə naziri Robert Qeytslə danışıqlardan sonra bəyan edib.


Pentaqon rəhbəri Rusiyaya ABŞ-ın müdafiə layihələrinin həyata keçirilməsində tərəfdaşlıq təklif edib. Qeyts qeyd edib ki, Avropada Amerikanın Raket Əleyhinə Müdafiə sistemi Rusiyaya qarşı yox, Yaxın Şərq və Cənub-Qərbi Asiyada «potensial təcavüzkarlara» qarşı yönələcək.


Aprelin 23-də Qeyts Rusiya prezidenti Vladimir Putinlə də görüşüb. Qərara alınıb ki, Avropada Amerikanın Raket Əleyhinə Müdafiə sisteminin yerləşdirilməsinə dair danışıqlar ekspertlər səviyyəsində davam etdirilsin.


Günün bütün mövzuları

XS
SM
MD
LG