Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:04

Bakının dörd rayonunda abunəçilərin qazla təchizatı dayandırılıb


Aprelin 23-də Bakının Nərimanov, Binəqədi, Nizami və Sabunçu rayonlarında yaşayan abunəçilərin qazla təchizatı dayandırılıb. «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin sözçüsü Kamandar Eyvazlı bunu aeroport yolunda gedən təmir işləri ilə əlaqələndirir: «Həmin ərazidə yol genişləndirilir və biz də o yoldan keçən xətlərimizi dəyişdiririk».


Cənab Eyvazlının sözlərinə görə, adıçəkilən rayonların qazla təchizatı bu gün axşam saatlarında yenidən bərpa olunacaq.


Aprelin 23-də həmçinin «Bakıelektrikşəbəkə» də borclu abonentlərin elektrik enerjisi ilə təchizatını dayandırmağa başlayıb.


XS
SM
MD
LG