Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:32

ATƏT-in Bakı ofisi Fətullayevin həbs olunmasından narahatdır


Aprelin 23-də ona yaxın qurumun birləşdiyi Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri ATƏT-in Bakı ofisinin rəhbəri Joze Luis Herrero Ansola ilə görüşüblər.


Hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, görüşdə Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət, mətbuatın durumu, «Gündəlik Azərbaycan» və «Realnıy Azərbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsi, «Diffamasiya haqqında» qanunun qəbul edilməsi məsələləri müzakirə olunub.


Cəfəroğlunun sözlərinə görə, Ansola bildirib ki, onlar Fətullayevin həbs olunmasından narahatdırlar. ATƏT-in Bakı ofisinin rəhbəri bildirib ki, onlar «Diffamasiya haqqında» qanunun tez bir zamanda qəbul olunmasını istəyirlər.


XS
SM
MD
LG