Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:24

İraqın Baş naziri amerikalılardan Bağdadı ayırmamağı xahiş edir


İraqın Baş naziri Nuri əl-Maliki Bağdadı sünni və şiə hissələrinə böləcək divarın inşasını dayandırmağı xahiş edir.


Bunu Maliki Qahirədə Ərəb Ölkələri Liqasının Baş katibi Əmr Mussa ilə danışıqlardan sonra deyib.


Bu yaxınlarda Amerika hərbçiləri bəyan ediblər ki, sünni azlığını şiə ekstremistlərindən qorumaq üçün divar ucalıdırlar.


Aprelin 22-də İraqın şimalında və Bağdadda partlayışlar və hücumlar zamanı 40-dan çox adam ölüb, yüzədək adam isə yaralanıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG