Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:33

«Amerika Dağlıq Qarabağla bağlı siyasətini dəyişməyib»


Dövlət Departamenti Azərbaycanla danışıqları vacib hesab edir

Dövlət Departamenti Azərbaycanla danışıqları vacib hesab edir

«Amerika Dağlıq Qarabağla bağlı siyasətini dəyişməyib». Dövlət Departamentinin sözçüsü Nensi Bek deyib ki, Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsi bağlı siyasətini dəyişməsi barədə şərh düzgün deyil.


Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, Amerika Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edib, ona görə də Azərbaycan hökuməti Amerikaya səfərini təxirə salıb. Razılaşmaya görə aprelin 23-24-də Azərbaycan nümayəndə heyəti Vaşinqtonda Birləşmiş Ştatlarla ikitərəfli təhlükəsizlik məsələsini müzakirə etməli idi. Müzakirələrdə İraq və Əfqanıstanda birgə fəaliyyət, Azərbaycanın NATO-ya inteqrasiya məsələlərinin nəzərdən keçirilməsi istisna deyildi.


Dövlət Departamentinin sözçüsü Nensi Bek bildirib ki, Amerika ilə Azərbaycan arasında danışıqlar vacibdir və Vaşinqton səbirsizliklə gözləyir ki, bu məsələni müzakirə etmək üçün yeni görüşün vaxtını nə zaman təyin edəcəklər.


Dövlət Departamentinin 2006-cı il üçün İnsan Hüquqları üzrə hesabatında bəzi düzəlişlər edildiyi bildirilir. Belə ki, sənədinin ilkin variantında Qarabağ münaqişəsindən bəhs edərkən «Ermənistan Dağlıq Qarabağ və Azərbaycanın yeddi rayonunu işğal edib» yazılıb. Düzəlişdən sonra isə həmin cümlə bu şəkildə verilib: «Erməni hərbi qüvvələri Dağlıq Qarabağa bitişik Azərbaycan ərazisinin böyük hissəsini işğalda saxlayır».


Günün bütün mövzuları

XS
SM
MD
LG