Aprelin 21-də Moskvada, Slavyan meydanında Adolf Hitler pərəstişkarlarının icazəli mitinqi keçirilib. Mitinqə icazəni «Rusiya Konstitusiyasının Müdafiə» Partiyası alıb. Aksiyanın təşkilatçıları arasında Millətçi-Sosialist Cəmiyyəti və «Format-18» millətçi-skinhedlər qrupu da olub.
Mitinqdə 350-dək adam iştirak edib.
Aksiya Adolf Hitlerin ad gününə həsr olunub. 27 milyonadək SSRİ sakinin öldürüldüyü bəşəriyyət tarixində ən qanlı müharibənin təşəbbüskarı 1889-cu il aprelin 20-də Avstriya-Macarıstanda anadan olub.
Mitinqdən çəkilən şəkilləri təqdim edirik.
|
|
|
|
|