Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:00

Rizvan Talıbov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib


Aprelin 21-də Əli İnsanovun Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Rizvan Talıbov Şüvəlandaki 3 saylı İstintaq Təcridxanasına köçürülüb.

Vəkil Telman Novruzov deyir ki, Sumqayıt şəhər Məhkəməsi Rizvan Talıbov haqqında 2 aylıq həbs qətimkan tədbiri seçib. Rizvan Talıbov xuliqanlıqda - bir nəfərin başına mobil telefon vurmaqda təqsirləndirilir.


O, aprelin 19-da Sumqayıt şəhərində saxlanıb. Rizvan Talıbovun yaxınlarından Yalçın Qəhrəmanoğlu deyir ki, əslində bu, əvvəlcədən planlaşdırılan bir həbsdir. Əslən Ermənistandan olan azərbaycanlılar aprelin 22-də Azadlıq meydanında mədəni-kütləvi tədbir nəzərdə tuturdular. Həmin aksiyanın təşkilatçısı da Rizvan Talıbov olub.



Yalçın Qəhrəmanoğlu deyir ki, Rizvan Talıbovu «uydurma ittihamla» həbs etməklə bu tədbirin qarşısını almağa çalışırlar. Təşkilat komitəsi əlavə gərginlik yaranmasın deyə, həmin tədbiri təxirə salıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG