Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:48

Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsi kütləvi aksiyalara hazırlaşır


Aprelin 21-də Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsinin ilk iclası keçirilib.

İclasda aprelin 24-dən başlayaraq, hər çərşənbə axşamı saat 14:00-da Bakının Sabir bağında piket keçirmək qərara alınıb.


Mayın 20-nə isə söz azadlığının müdafiəsi naminə ümumrespublika mitinqi təyin edilib. Bundan əlavə, parlamentin ilk iclasında Fətullayevin həbsi məsələsi qaldırılacaq.


50 nəfərdən çox şəxsdən, o cümlədən jurnalistlər, hüquq müdafiəçiləri, millət vəkilləri və siyasi partiya liderlərindən ibarət Komitə aprelin 20-də yaradılıb.


Komitənin qəbul etdiyi bəyanatda Fətullayevin həbsi Azərbaycanda söz və mətbuat azadlığının boğulmasına yönəlmiş məqsədyönlü kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilib.



Aprelin 20-də Yasamal rayon Məhkəməsi «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevi 2 il 6 ay azadlıqdan məhrum edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG