Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:05

Jurnalistləri Müdafiə Komitəsi Eynulla Fətullayevin dərhal azad olunmasını tələb edir


Qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Eynulla Fətullayevin həbsini pisləyən bəyanat yayıb.

Qurumun icraçı direktoru Coel Saymon deyir ki, «Eynulla Fətullayevin həbsi Azərbaycanda müstəqil mediaya artan təzyiqlərin bir hissəsidir. Bu, daha çox siyasi motivli böhtan ittihamları yoluyla həyata keçirilir ».


Jurnalistləri Müdafiə Komitəsi Eynulla Fətullayevin dərhal azad olunmasını tələb edir.


«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə aprelin 21-də məhkəmə 2 il altı ay iş kəsib. Ona qarşı Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Tatyana Çaladze iddia qaldırmışdı. Eynulla Fətullayev «Qarabağ gündəliyi» adlı məqaləsində xocalıları və Azərbaycan ordusunu təhqir etməkdə ittiham olunur. Fətullayev özü bu iddianı «hakimiyyətin sifarişi» adlandırıb.


XS
SM
MD
LG