Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:06

Rauf Arifoğluna cinayət işi açılması tələbi ilə məhkəmə iddiası qaldırılıb


«Azərsun Holdinq» şirkətinin prezidenti Abdulbari Gözəl «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğluna cinayət işi açılması və onun həbsi tələbi ilə məhkəmə iddiası qaldırıb.


Rauf Arifoğlu «Turan»ın müxbirinə deyib ki, iddiaya səbəb onun bu il martın 29-da Türkiyənin «Kanal türk» televiziyasındakı çıxışı olub. Telekanalın R.Arifoğlu iştirak edən verilişində söhbət kürd terrorçularının müxtəlif strukturlarla əlaqələrindən gedirmiş.


R.Arifoğlu bildirib ki, iddia aprelin 11-də Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) Nizami Rayon Məhkəməsində qaldırılıb. Məhkəmə bildirişində deyilir ki, R.Arifoğlunun müsahibəsində təhqirə yol verilib. Baş redaktor hesab edir ki, iddia ona yox, həmin kanala qarşı ola bilər.


«Yeni Müsavat» qəzetiylə «Azərsun Holdinq» rəhbərliyi arasında əvvəllər də məhkəmə çəkişməsi olub. Məhkəmələr şirkətin bir neçə iddiasını təmin edərək qəzetə böyük məbləğdə cərimələr kəsib.


Günün bütün mövzuları

XS
SM
MD
LG