Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:29

Putin varisini müəyyənləşdiribmi?


Rusiyanın hökumətyönlü KİV-lərinin İvanova geniş yer ayırdığı bildirilir
Rusiyanın hökumətyönlü KİV-lərinin İvanova geniş yer ayırdığı bildirilir

Rusiya prezidenti Vladimir Putin artıq varisini dəqiqləşdirib-bu, baş nazirin birinci müavini Sergey İvanovdur. «Nezavisimaya qazeta» (NQ) aprelin 20-də «Seçim edilib. Deyəsən. Prezident varisini müəyyənləşdirib» başlıqlı redaksiya məqaləsində bu fikri irəli sürüb.


Qəzet prezidentliyə iki potensial varisin-Sergey İvanov və Dmitri Medvedevin son vaxtlar fəaliyyətini diqqətlə izlədikdən sonra belə qənaətə gəlib.


Qəzet varislərin «informasiya məkanında fəaliyyətini» analiz edib. NQ Sergey İvanovun «Financial Times» qəzetinə və Dmitri Medvedevin «İtoqi» jurnalına verdiyi müsahibəsini, həmçinin Davos və Sankt-Peterburq forumlarındakı çıxışlarında irəli sürülən arqumentlərin müqayisəsini aparıb. Nəşr İvanovun xarici siyasətlə bağlı sonuncu siyasi bəyanatını «potensial varisin üstünlüyü» kimi təqdim edib.


NQ İvanovun daha real varis olması haqqında məlumatın «icazə verilmiş informasiya» olduğunu yazıb.
Redaksiya məqaləsində göstərilir ki, 15 fevral 2007-ci ildə İvanov baş nazirin birinci müavini təyin olunandan sonra hökumətyönlü KİV-lər, xüsusən də Birinci kanal, RTR və NTV ona iki dəfə çox efir vaxtı ayırıb.


Məqalənin sonunda NQ bir daha bu informasiyanın icazəli və etibarlı olduğunu vurğulayır.



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG