Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:43

20 məhbus aclıq aksiyasını davam etdirir


Ömürlük cəzaya məhkum edilmiş 20 məhbus Qobustan həbsxanasında aclıq aksiyasını davam etdirir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin islah işləri və sosial müdafiə şöbəsinin rəisi Rafiq Ramazanovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, aprelin 16-dan başlayan aksiyaya əvvəlcə 26 nəfər qoşulsa da, sonradan onlardan altısı aclığı dayandırıb.


Ömürlük həbsə məhkum edilmiş məhbuslar Qobustanda bir neçə dəfə belə aksiya keçiriblər. Sonuncu dəfə onlar martın 27-də aclığa başlamış və aprelin 5-də aksiyanı dayandırmışdılar. Məhbusların tələbi onların işlərinə Ali Məhkəmədə yenidən baxılması və ömürlük həbs cəzalarının müddətli həbslə əvəzlənməsidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG