Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:13

Eynulla Fətullayev 2 il 6 ay həbs edildi


Eynulla Fətullayev 2 il 6 ay azadlıqdan məhrum olunub və elə məhkəmə zalındaca həbs edilib
Eynulla Fətullayev 2 il 6 ay azadlıqdan məhrum olunub və elə məhkəmə zalındaca həbs edilib

Aprelin 20-də Yasamal Rayon Məhkəməsində İsa İsmayılovun sədrliyi ilə Eynulla Fətullayevin məhkəmə prosesi davam edib. Eynulla Fətullayevin 3 il müddətində azadlıqdan məhrum edilməsi istənildi. İddiaçı Cinayət Məcəlləsinin 147-ci maddəsinin ikinci bəndinə istinad edərək, bildirir ki, Eynulla Fətullayevin «Qarabağ gündəliyi» məqaləsində xocalıların və Azərbaycan ordusunun şərəf və ləyaqəti təhqir olunub.


Vəkil İsaxan Aşurov müdafiə çıxışda bildirdi ki, jurnalistin yazdığı məqaləyə görə, həbs edilməsi beynəlxalq konvensiyalara ziddir. Vəkil dedi ki, jurnalist yazısına görə, həbs edilərsə, bu Azərbaycanın imicinə zərbə ola bilər.


Eynulla Fətullayev son sözündə dedi ki, əgər onun həbsi xocalıların problemini həll edəcəksə o, həbsə hazırdır.


Məhkəmə heyəti məşvərətə gedib. Sonra hökm oxunub. Eynulla Fətullayev 2 il 6 ay azadlıqdan məhrum olunub və elə məhkəmə zalındaca həbs edilib.


Məhkəmədə özlərini Xocalı sakinləri kimi təqdim edənlər prosesin gedişinə mane olduqları üçün onlardan bir neçəsini hakim zaldan kənarlaşdırıb.


Yasamal Rayon Məhkəməsinin binası qarşısına özlərini Xocalı sakinləri kimi təqdim edənlər toplaşmışdılar. Eyni zamanda «Dalğa» Gənclər Hərəkatının üzvləri Eynulla Fətullayevə dəstək aksiyası keçiriblər.


Məhkəmənin ətrafında çoxsaylı polis qüvvələri toplaşıb.


Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladze «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevin Xocalı faciəsi qurbanlarını təhqir etdiyini iddia edir. Fətullayev isə bunu hakimiyyətin sifarişi kimi qiymətləndirir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG