Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:46

Hisdə qurudulmuş kolbasa ağciyər üçün təhlükəlidir


«Ət məhsullarında çoxlu sayda nitritlər var. Onlar ağciyərləri zədələyə bilərlər»
«Ət məhsullarında çoxlu sayda nitritlər var. Onlar ağciyərləri zədələyə bilərlər»
Amerika alimləri müəyyənləşdiriblər ki, hisdə qurudulmuş və qaxac edilmiş ət məhsullarından istifadə ağciyərlərdə xroniki zəiflik (COPD) adlı xəstəliyin inkişafına yol açır. Onlar deyirlər ki, bekon, vetçina, hisdə qurudulmuş kolbasa və sosiska həvəskarları xroniki bronxit və emfizemadan (bədəndə hər hansı bir xəstəlik nəticəsində lüzumsuz suyun və ya qazın yığılması) daha çox əziyyət çəkirlər.

Kolumbiya Universitetinin alimləri 7352 adamdan alınmış anket məlumatlarını təhlil ediblər. Onların orta yaşı 64,5 olub. Tədqiqatın bütün iştirakçıları onların qida rasionuna aid anketin suallarını cavablandırıblar.


Məlum olub ki, ayda 14 və daha çox dəfə ət məhsulları istifadə edən insanlarda COPD, istifadə etməyənlərlə müqayisədə 78 faiz çoxdur. Əgər ət məhsulları rasiona ayda 5-13 dəfə daxildirsə, COPD-un inkişaf ehtimalı 50 faiz artır.


«Ət məhsullarında çoxlu sayda nitritlər var. Onları ətə konservant, mikrob əleyhinə vasitə, ya da rəng fiksatoru kimi əlavə edirlər. Nitritlər ağciyərləri zədələyə bilərlər»,- deyə tədqiqatın rəhbəri Juy Tszyan bildirir.


Tədqiqatın nəticələri barədə hesabat «American Journal of Respiratory and Critical Care Medicine»də dərc olunub.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG