Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:13

Missionerlərin qətlində şübhəli 10 nəfər həbs olunub


Türkiyənin şərqində, Malatya şəhərində missioner ədəbiyyatın çapı ilə məşğul olan nəşriyyatın əməkdaşlarının qətlinə aidiyyəti olmaqda şübhəli bilinən 10 nəfər saxlanıb.

Onlar 18-20 yaşlı universitet tələbələridir. İlkin dindirilmədə onlar qətli boyunlarına alıblar.


Həbs olunanlar deyiblər ki, «islamın düşmənlərinə dərs vermək istəyiblər və ölümə hazır olublar».


Cinayət aprelin 18-də törədilib. Üç nəfər – iki türk və bir Almaniya vətəndaşı həlak olub. Qətlə yetirilənlərin cəsədi bağlanmış və boğazları kəsilmiş halda tapılıb. Saxlanalar inandırırlar ki, cinayəti «Türkiyənin müdafiəsi naminə» ediblər.


Türkiyə hakimiyyəti nəşriyyata hücumu pisləyib, bəyan edib ki, bənzər cinayətlərin keçmişdə də törədildiyi nəzərə alınaraq, daha ciddi təhlükəsizlik tədbirləri görüləcək.


Ötən il Trabzonda türk millətçiləri italiyalı katolik keşiş Andrea Santoreni qətlə yetiriblər. Bu ilin yanvarında isə İstanbulda «Aqos» erməni qəzetinin redaktoru Qrant Dink qətlə yetirilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG