Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:06

Tələbələrə Hitlerin ad günündə yataqxanadan çıxmamaq tapşırılıb


Rusiyada keçən il milli zəmində 52 nəfər öldürülüb, 500-ə yaxın adam xəsarət alıb

Rusiyada keçən il milli zəmində 52 nəfər öldürülüb, 500-ə yaxın adam xəsarət alıb

Moskva Tibb Akademiyasının rəhbərliyi tələbələrə üç gün yataqxanalardan bayıra çıxmamaqla bağlı xəbərdarlıq edib. Akademiya rəhbərliyinin ehtiyatlanmasına səbəb Adolf Hitlerin aprelin 20-də keçiriləcək doğum günüdür. Həmin vaxt milli zəmində cinayətlərin baş verməsindən ehtiyat edilir. Bu haqda «Associated Press» agentliyi məlumat yayıb.


Rusiyada ultramillətçilər bir qayda olaraq Hitlerin ad günündə əcnəbilərə hücum edirlər.


Akademiya rəhbərliyi tələbələrə xəbərdarlıq edib ki, şənbə günü heç kəsi yataqxanadan bayıra buraxmayacaqlar, onlar gərək özlərinə həmin gün üçün ərzaq tədarükü görsünlər.


«Mən bütün bu işlərdən iyrənirəm, onlar bizim azadlığımızı məhdudlaşdırırlar»-Bunu akademiyanın 22 yaşlı azərbaycanlı tələbəsi deyib. Özünü Aleks kimi təqdim edən tələbə soyadını universitet rəhbərlindən çəkindiyi üçün açıqlamayıb.


İsrailli tələbə Lia Qanelin deyib ki, bəzi qruplaşmalara görə, onların azadlığının məhdudlaşdırılması absurddur. O, deyib ki normal ölkədə hökumət belə qüvvələrin əl-qol açmasına yol vermir.


Adıçəkilən tələbələr Moskvanın cənubundakı yataqxanada yaşayırlar. Orada həmçinin Orta Asiya, Qafqaz və başqa Asiya ölkələrindən olan 500 tələbə qalır. Son illərdə hər dəfə aprelin 20-də əcnəbi tələbələr belə qadağalar qoyulur.


Akademiyanın Moskvanın mərkəzindəki başqa bir yataqxanasına da rəhbərlik eyni xəbərdarlıq edib.


Kimsə yataqxananın divarı üstünə «skinxedlər» sözü yazıb. Keçən il isə «skinxedlər» millətçi şüarlar qışqırandan sonra yataqxanaya fişəng atıblar.


Hüquq müdafiə təşkilatının məlumatına görə, Rusiyada keçən il milli zəmində 52 nəfər öldürülüb, 500-ə yaxın adam xəsarət alıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG