Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:05

Ramil Usubov Rusiyaya iki günlük səfərə gedib


Aprelin 19-da Daxili İşlər Naziri Ramil Usubov Rusiya Federasiyasına iki günlük səfərə gedib. Nazirliyin Mətbuat Xidmətindən «Azadlıq» radiosuna bildirilib ki, bu səfər çərçivəsində Ramil Usubovun rusiyalı həmkarı ilə görüşəcəyi gözlənilir. Həmin görüşdə cinayətkarlığa qarşı birgə mübarizə və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunacaq. Səfərin sonunda isə iki ölkənin daxili işlər nazirlikləri arasında əməkdaşlığa dair qarşılıqlı fəaliyyət haqqında memorandumun imzalanacağı gözlənilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG