Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:03

«Barmek»ə qarşı ittihamlar Arabulu kompensasiya tələbindən geri çəkindirmək məqsədi daşıyır»


Şirkətin əsas məhkəmə baxışı aprelin 30-na təyin edilib

Şirkətin əsas məhkəmə baxışı aprelin 30-na təyin edilib

Aprelin 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətin prezidenti Hüseyn Arabul və bu şirkətin daha 7 əməkdaşı ilə bağlı hazırlıq iclası keçirilib. Hüseyn Arabul və şirkətin əməkdaşları mənimsəmədə, israfçılıqda və vəzifə səlahiyyətlərini aşmaqda günahlandırılırlar. İttiham aktına görə, Hüseyn Arabul və şirkətin əməkdaşları təqribən 9 milyon dollar vəsait mənimsəyiblər. İttihamnamədə vurğulanır ki, «Barmek» şirkəti Azərbaycan hökuməti ilə bağladığı müqavilə şərtlərinə əməl etməyərək ölkəyə investisiya yatırmayıb. Ancaq şirkətin hüquqşünası Abbas Atakişiyev ittihamları əsassız sayır. Vəkil hazırlıq iclasında cinayət işinin xətm edilməsi ilə bağlı vəsatət versə də, hakim vəsatəti təmin etməyib. Məhkəmə baxışı aprelin 30-na təyin edilib.


Abbas Atakişiyev deyir ki, əslində, «Barmek» yox, məhz Azərbaycan hökuməti öhdəlikləri yerinə yetirməyib. Ona görə də, şirkət Azərbaycan dövlətini ABŞ-da yerləşən İnvestisiya Şikayətləri üzrə Beynəlxalq Məhkəməyə verib. Hüseyn Arabul Azərbaycan dövlətindən təqribən 290 milyon dollar kompensasiya tələb edir. Abbas Atakişiyev bildirir ki, həmin məhkəmənin ilk iclası mayın 18-nə təyin edilib. Vəkilin sözlərinə görə, «Barmek»ə qarşı Azərbaycanda irəli sürülən bütün ittihamlar Hüseyn Arabulu həmin kompensasiya tələbindən geri çəkindirmək məqsədi daşıyır. Atakişiyev bildirir ki, bu, onun şəxsi fikri deyil, əslində, Arabul belə fikirləşir.


«Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyət 2001-ci ildə Azərbaycan hökuməti ilə 25 illik müqavilə imzalayıb. Ötən il hökumət şirkətin üzərinə götürdüyü öhbəlikləri icra etməməsi iddiası ilə onunla bağladığı müqaviləyə birtərəfli qaydada xitam verib.


Günün bütün mövzuları

XS
SM
MD
LG