Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:13

İstehsal tarixi qeyd edilməmiş xeyli mallar aşkarlanıb


İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti Bakı şəhərində bir sıra ticarət və xidmət obyektlərində monitorinqlərə başlayıb. İqtisadi İnkişaf Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Abbas Əliyev deyir ki, monitorinq zamanı istifadə müddəti bitmiş, üzərində istehsal tarixi qeyd edilməmiş xeyli mallar aşkarlanıb.


Dövlət Xidməti vətəndaşları xüsusilə xəbərdar edir ki, üzərində «cream» yazılmış İran istehsalı olan ağ kremlər, eyni ölkədən gətirilən duza qoyulmuş xiyar bankaları, yerli istehsal olan «Kral» pivəsi və Ukraynada istehsal olunan «ptiçye moloko roşen» konfetləri ilə diqqətli olsunlar. Abbas Əliyevin sözlərinə görə, monitorinq hələ bir müddət davam edəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG