Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:15

İnternetdən istifadənin qiyməti arta bilər


«Multimedia» Mərkəzinin rəhbəri Osman Gündüz «Can Bakı» verilişinin qonağıdır. 19 aprel 2007

«Multimedia» Mərkəzinin rəhbəri Osman Gündüz «Can Bakı» verilişinin qonağıdır. 19 aprel 2007

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin telefon danışıqlarının qiymətinin artırılması ilə bağlı Taarif Şurasına göndərdiyi təkliflər tələsik addımdır. Bu barədə «Azadlıq» radiosunun «Can Bakı» verilişinin qonağı olan «Multimedia» Mərkəzinin rəhbəri Osman Gündüz bildirib.


O, telefon danışığının vaxta görə, hesablanmasını ədalətli metod hesab etsə də, Azərbaycanın buna hazır olmadığını bildirir. «Bunun üçün birinci telekommunikasiya sistemində monopoliya ləğv olunmalı, özəlləşdirmə aparılmalıdır. Yəni vətəndaşın seçim imkanı məhdudlaşdırılmamalıdır».


Ekspert deyir ki, 1997-ci ildə telekommunikasiya sistemlərinin özəlləşdirilməsi haqqında sərəncam verilsə də, ötən 10 il ərzində cəmi bir telekommunikasiya subyekti özəlləşdirilib.


Osman Gündüz deyir ki, Azərbaycanda internetə giriş telefon xətti vasitəsi ilə olduğundan bu, internetdən istifadənin də qiymətinin artmasına səbəb olacaq.


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Taarif Şurasına göndərdiyi təklifdə indiyə qədər formalaşmış abunə sisteminin limitlə əvəz olunmasını təklif edilir. Təklifə görə, limit 450 dəqiqə yəni, 7.5 saat müəyyənləşməli, ondan sonra isə hər dəqiqə üçün 5 qəpik ödənməlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG