Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:45

Eldar Sabiroğlu Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri təyin edilib


Aprelin 19-da Eldar Sabiroğlu Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri təyin edilib. Bu barədə «Azadlıq» radiosuna Sabiroğlunun özü məlumat verib.


Eldar Sabiroğlu Yerevan Dövlət Pedoqoji Unversitetini və Bakı Ali Partiya Məktəbini bitirib. Birinci çağırış Milli Məclisin deputatı olub. Bir müddət hakim Yeni Azərbaycan Partiyasının İcra Aparatında Analitik İnformasiya Şöbəsinin müdiri olub.


Eldar Sabiroğludan əvvəl Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri vəzifəsində polkovnik-leytenant Ramiz Məlikov çalışırdı. O, aprelin əvvəllərində yaşına görə, istefaya göndərilib.




XS
SM
MD
LG