Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:50

Danışıqlar Praqa prosesi çərçivəsində davam edib


Ermənistandakı parlament seçkilərindən sonra həmsədrlər regiona səfər edəcəklər

Ermənistandakı parlament seçkilərindən sonra həmsədrlər regiona səfər edəcəklər

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin aprelin 18-də Belqraddakı görüşündə Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlar Praqa prosesi çərçivəsində davam edib. Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Xəzər İbrahim «Azadlıq» radiosuna deyib ki, müzakirələrdə Qarabağ münaqişəsinin həlli istiqamətində bütün 8 komponent nəzərdən keçirilib.


Onun sözlərinə görə, müzakirədə iştirak edən ATƏT-in Minsk qrupunun həmsədrləri əsas razılaşdırılmayan 2 komponentlə bağlı təkliflər irəli sürüblər: «Qərara alınıb ki, Ermənistandakı parlament seçkilərindən sonra həmsədrlər regiona səfər etsinlər və məsləhətləşmələri davam endirsinlər».
Ancaq Azərbaycan XİN-in rəsmisi həmsədrlərin təkliflərinin nədən ibarət olması ilə bağlı açıqlama vermir. Ermənistanda parlament seçkiləri isə mayın 12-də keçiriləcək.



Günün bütün mövzuları

XS
SM
MD
LG