Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:13

AzAL-ın təyyarəsi Kabilə enə bilməyib


Aprelin 18-də Azərbaycan Hava Yollarına (AzAL) məxsus Bakı-Kabil reysi ilə uçan «TU -154» təyyarəsi Əfqanıstanın paytaxtı Kabilə enə bilməyib.


AzAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli «Azadlıq» radiosuna bildirdi ki, Kabil aeroportu Azərbaycan təyyarəsinin təhlükəsizliyinə təminat vermədiyindən, təyyarə Bakıya qayıtmalı olub.


«Interfax» agentliyinin məlumatına görə, təyyarənin enməməsinə aeroportdakı atışma səbəb olub.


Təyyarənin göyərtəsində 33 sərnişin olub. Aprelin 19-u saat 8:00-da təyyarə yenidən Əfqanıstan paytaxtına uçacaq.


Bakı-Kabil reysi 2005-ci ilin sonlarından açılıb. Həftədə bir dəfə uçuş edir.


XS
SM
MD
LG