Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:55

Azərbaycan fəalının edam xəbəri təsdiq edilib


Hüseyn Fərhudinin Türkiyə casusu olduğu ittihamı ilə edam edildiyi bildirilir
Hüseyn Fərhudinin Türkiyə casusu olduğu ittihamı ilə edam edildiyi bildirilir
Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi (ASMMK) Urmiyə şəhərində səkkiz aydan bəri həbsdə saxlanan Hüseyn Fərhudənin gizli şəkildə edam edildiyi xəbərini təsdiq edib.

Urmiyə Məhkəməsinin birinci şöbəsinin hakimi Hüseynzadə, Xətibi ləqəbi ilə tanınan fəal Hüseyn Fərhudəyə edam hökmü verərək bunun martın 16-da icra edilməsinə göstəriş vermişdi. Lakin İranın rəsmi orqanları hökmün icra edilib- edilmədiyini elan etməmiş və insan haqlarını müdafiə təşkilatları da son vaxtlara qədər bu haqda dəqiq məlumat əldə edə bilməmişdilər.


Fəalın nə zaman və harada tutulduğu da bu günə qədər naməlum qalır. İlk dəfə bu haqda «Tələbələrin Siyasi Məhbusları Müdafiə Komitəsi» adı ilə fəaliyyət göstərən təşkilat edam hökmünün icra edilməsi gözlənilən gün - martın 16-da İranın səlahiyyətli şəxslərinə açıq məktubla müraciət edərək xəbər yaymışdı. Həmin məlumatda Fərhudənin bir ehtimalla İranın Kürdüstan vilayətində tutulduğu bildirilsə də, onun ittihamı haqda heç nə deyilmir.


Urmiyə həbsxanasından bu yaxınlarda azad olunan bir neçə məhbus Hüseyn Fərhudənin martın 16-sı və ya ondan az sonra edam edildiyini təsdiq edib. Redaksiyamıza bu haqda məlumat verən ASMƏK-in sözçüsü Əlirza Quluncunun bildirdiyinə görə, əsli Xoy şəhərindən olan 40 yaşlı fəal edamdan əvvəl səkkiz ay Urmiyə təcridxanasında biradamlıq kamerada saxlanıb, ağır işgəncələrə məruz qalıb və bunun nəticəsində də bir neçə qabırğası sındırılıb.


Hüseyn Fərhudinin Türkiyə casusu olduğu ittihamı ilə edam edildiyi bildirilir.


XS
SM
MD
LG